09.01.2020

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək tapşırılıb.

Bununla əlaqədar, BŞTİ inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etməli, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsini təmin etməlidir.

BŞTİ pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsini də təmin etməlidir.

Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görəcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

 

 

Digər Xəbərlər

25.12.2019

Şamaxı rayonunda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər Şamaxıda yekunlaşıb.

25.12.2019

"İnklüziv təhsil" mövzusunda tədbir

24 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir keçirilib.

24.12.2019

Şəkidə məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

19.12.2019

Ağcabədi və Cəlilabadda məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər davam edir.

11.12.2019

Qubada məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında dekabr ayından etibarən məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

04.12.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində noyabr ayından etibarən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü və 5-ci kurs tələbələrinə inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.

03.12.2019

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

02.12.2019

Esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv cəmiyyətin formalaşması və inkişafında inklüziv təhsilin əhəmiyyəti” mövzusu üzrə elan edilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

30.10.2019

Azərbaycan Dövlət Pedaqoji Universitetində İnklüziv Təhsil Mərkəzinin açılışı

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində İnklüziv Təhsil Mərkəzinin açılışı olub.

07.10.2019

ADPU-da İnklüziv Təhsil Mərkəzi ilə bağlı görüş

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) layihə əsasında yaradılmış inklüziv təhsil mərkəzlərinin fəaliyyəti ilə bağlı görüş keçirilib.