Xəbərlər

14.02.2019

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində yaradılmış işçi qrupunun növbəti iclası keçirilib

Avropa İttifaqının dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində inklüziv təhsilin müəllim hazırlığı kurrikulumuna inteqrasiyası ilə bağlı yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

04.02.2019

Əlilliyi olan uşaqların inklüziv təhsilinin təmin edilməsi məqsədilə müəllimlərə təlim keçilir

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində inklüziv təhsil üzrə təlim başlayıb.

31.01.2019

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı keçirilib

Yanvarın 31-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təqdimatı olub.

07.12.2018

Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub

Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), UNICEF, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqla “Fərqliyik, bərabərik” adlı film hazırlayıb.

06.12.2018

İnklüziv təhsillə bağlı tədqiqat nəticələrinə dair hesabatın təqdimatı olub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində aparılmış tədqiqatın nəticələrinin təqdimatı olub.