Xəbərlər

13.07.2019

Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan "Təhsil üçbucağı" verilişinin mövzusu "İnklüziv təhsil" haqqında olub.

Verilişdə ekspert qismində Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsinin nümayəndəsi, inklüziv təhsil üzrə mütəxəssis Fərid Süleymanov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Xüsusi təhsil" şöbəsinin müdiri Anar Xələfov çıxış edib.

03.07.2019

“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində iyun ayının 3-dən etibarən “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb. Bakı, Şəki, Quba, Ağcabədi, Şamaxı və Cəlilabadda iyun ayı ərzində keçirilən təlimlərdə 300 ibtidai sinif müəllimi iştirak edib.

22.05.2019

Qanunvericilikdə inklüziv təhsilin əsasları üzrə məşvərət görüşü keçirilib

22 may 2019-cu il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilmiş Azərbaycanda inklüziv təhsil sisteminə aid qanunvericiliyin təhlili üzrə ilkin tapıntıların və tövsiyələrin təqdimat görüşü olub.

21.05.2019

İnklüziv təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil proqramlarına inteqrasiyası müzakirə edilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində mayın 21-də “İnklüziv təhsil üzrə müəllim inkişafı proqramları”nın ADPU-nun təhsil proqramlarına inteqrasiyasının müzakirəsi məqsədilə görüş təşkil edilib

21.05.2019

“Avropa Sənin Üçün” sərgisində “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin stendi qurulub

May ayının 21-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 10 yaşı münasibətilə Mingəçevir şəhərində “Avropa Sənin Üçün” sərgisi təşkil olunub. Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də Mingəçevir şəhərində keçirilən sərgidə təmsil olunub.