11.12.2019

Qubada məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında dekabr ayından etibarən məktəb direktorlarına inklüziv təhsil mövzusunda təlimlərə başlanılıb.


Təlimlərin əsas məqsədi məktəb direktorlarının inklüziv təhsil sahəsində maarifləndirilməsi, inklüziv təhsilin tətbiqində məktəb direktorlarının öhdəlikləri, həmçinin, inklüziv məktəblərin idarə olunması sahəsində praktiki bacarıq və səriştələrin formalaşdırılması olub. 


Qubada baş tutan məktəb direktorları üçün ilk təlimdə 50 məktəb direktoru iştirak edib. Qeyd edək ki, cari ilin dekabr ayının sonunadək, ümumilikdə, Quba ilə yanaşı, Şəki, Ağcabədi, Şamaxı və Cəlilabad rayonunda 250 məktəb direktorlarının təlimlərdə iştirakı nəzərdə tutulub.