25.12.2019

"İnklüziv təhsil" mövzusunda tədbir

24 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin iştirakı ilə inklüziv təhsil mövzusunda tədbir keçirilib. Tədbir Avropa İttifaqının maliyyə dəstəyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə, UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən inklüziv təhsil sahəsində icra edilən layihələr çərçivəsində həyata keçirilib. 
Tədbirin keçirilməsində əsas məqsəd inklüziv təhsilin vacibliyini vurğulamaq, həmçinin əlilliyi olan və olmayan uşaqların bu mühitdən bərabər şəkildə bəhrələnməsi istiqamətində maarifləndirmənin artırılmasıdır.
Tədbirdə çıxış edən əlilliyi olan gənc-Orxan Əliyev inklüziv təhsildən yararlanmanın onun həyatında müsbət rol oynadığından danışıb, eləcə də cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı tolerant yanaşmanın formalaşmasını məhz inklüziv təhsil mühitindən başlaması ilə əlaqələndirilib.