15.03.2019

Şəki rayonunda İnklüziv təhsil üzrə müəllimlərin təlimi

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində 12-15 mart 2019-cu il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında universitet müəllimlərinə inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları əsasında təlimlər keçirilib. Təlimlər beynəlxalq eskeprtlər tərəfindən təlimləndirilən yerli təlimçilər tərəfindən tədris olunub.