Müəllimlərin ən yaxşı öyrəndiyi mühit onlara dəstək verən, inam və paylaşma mədəniyyətinin olduğu vəbirlikdə öyrəndikləri münbit mühitdir. Müəllimlər onlara kifayət qədər dəstək göstərildiyini bildikləri zaman, yeni tədris strategiyalarını təcrübədən keçirməyə daha həvəsli olurlar və tədris və öyrənməprosesinin təkmilləşdirilməsində, bununla da təhsilalanların təlim nəticələrinin yaxşılaşdırılmasında dahafəal iştirak edirlər. Məktəblərdə müəllimlərin təlim icmalarının yaradılması əməkdaşlıq mədəniyyətininyaradılmasına stimul verə bilər. Təlim qrupları və qrup məşğələləri ilkin pedaqoji təhsil alan tələbələrinəməkdaşlıq və kommunikativ bacarıqlarını inkişaf etdirmək üçün uyğun vasitələrdir. Valideynlərin və daha geniş icmanın cəlb olunması da inklüziv təhsilin tətbiqində çox vacib əhəmiyyət daşıyır. Məktəbəməkdaşlıq mühiti yaratmalı və əlilliyi olan uşaqlara təhsildə hərtərəfli dəstək göstərmək üçün icma ilətərəfdaşlıq etməlidir.

Kateqoriyalar

Digər kurslar

İnsan hüquqlarına əsaslanan inklüziv təhsil

- 5 səs

Kursun təsviri

Proqramda əsas diqqət inklüziv təhsilə insan hüquqları nöqteyi-nəzərindən nəzər yetirilməsinə yönəlir.